Məlumatlandırma
RƏSMİ AÇIQLAMA
2026 M02 15
Renaex Technologies olaraq bildiririk ki, REAX sosial şəbəkəsinə qarşı kənar müdaxilə və hücum cəhdi qeydə alınmışdır. Hadisə nəticəsində platformada texniki fasilə yaranmışdır.
Aparılan ilkin araşdırmalar göstərir ki, hər hansı bir data oğurluğu və ya istifadəçi məlumatlarının sızması baş verməmişdir. Lakin server infrastrukturu üzərinə yönləndirilmiş həddindən artıq trafik səbəbindən sistem performansında zəifləmə olmuş və REAX bir neçə saat ərzində əlçatmaz qalmışdır.
Qeyd etmək istəyirik ki, bu hücum 2026-cı il üçün planlaşdırdığımız böyük yenilənmə mərhələsinə hazırlıq prosesi zamanı baş vermişdir. Buna baxmayaraq, bütün sistemlər hazırda Renaex Technologies-in RISES komandası tərəfindən tam nəzarət altındadır.
Texniki heyət hadisənin mənbəyini, hücumun hansı üsulla həyata keçirildiyini və arxasında duran mexanizmi detallı şəkildə araşdırır. Məqsədimiz yalnız mövcud vəziyyəti sabitləşdirmək deyil, həm də gələcəkdə oxşar halların qarşısını almaq üçün infrastruktur və təhlükəsizlik qatlarını daha da gücləndirməkdir.
İstifadəçilərimizin məlumat təhlükəsizliyi prioritetimiz olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər görülməkdədir. Əlavə məlumatlar araşdırma tamamlandıqdan sonra ictimaiyyətə təqdim ediləcək.
Hörmətlə, Xalid Mahmudov (Renaex Technologies)

