Açıqlama
Təşəkkürlər, Xalid Mahmudov
2025 M12 16
Renaex Technologies xəbər verir ki, bu gün axşam saatlarında Renaex-dəki digər vəzifələri ilə yanaşı həm də "rMedia" komandamızın rəhbəri və CMO-muz (Chief Marketing Officer) olan Xalid Mahmudovun istefa məktubunu qəbul etmişik.
X. Mahmudovun işdən azad olunması ilə bağlı qərar növbəti günlərdə Renaex və tərkibindəki layihələrin rəhbərləriylə ortaq müzakirələrdən sonra açıqlanacaq. Mahmudovun vəzifəni tərk etməsi təsdiqlənərsə, yerinə gətiriləcək şəxsin kimliyi növbəti 2 həftə ərzində renaex.net veb-saytı vasitəsilə elan ediləcək. Məsələ ilə bağlı iki tərəfin də ayrılıqda mətbuata açıqlama verməsi və ya konferans keçirməsi ilə bağlı məlumatlar da qarşılıqlı əlaqələr sonrasında bildiriləcək.
Xalid Mahmudova media və marketinq komadaıarımızın tərkibində Renaex-ə qazandırdıqları üçün təşəkkür edir, ona həyatının geri qalan hissəsində uğurlar arzu edirik.

